Gülağa
QƏNBƏROV,
xaricdə
yaşayan iş adamı, şair-publisist
Son yüzillik milli
ideologiyanın formalaşması, ötən əsrin əvvəllərində
çoxəsrlik dövlətçilik ənənəsinin
dirçəldilməsi və müstəqilliyin
qazanılması, əsrin sonunda isə yenidən bərpası
ilə əlamətdar olmuşdur. Gələn il
xalqımız Şərqdə ilk demokratik dövlət quruluşu
olmuş Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılmasının yüzilliyini böyük öyünclə,
tariximizin misilsiz hadisəsi kimi qeyd edəcək. Ötən
il isə dövlət müstəqilliyimizin bərpasının
25 illiyi ümumxalq təntənəsinə çevrildi.
Bütün bunlar yeni
dünya nizamında Azərbaycan xalqının öz milli
dövləti ilə təmsil olunmasını təmin
etmiş, dünyada yaşayan 50 milyonluq
soydaşlarımızın həmrəyliyinin güclənməsinə
imkan yaratmışdır. Ümummilli lider Heydər
Əliyevin həmişə ucadan söylədiyi, Prezident
İlham Əliyevin çıxış və nitqlərində
dövlətimizin baş şüarına dönmüş
“Müstəqilliyimiz qürur mənbəyimizdir” kəlamı
ötən 25 ildə dünyanın hər yerində həmvətənlərimizin
də dillərinin əzbəri olmuşdur. Lakin ulu öndərin
dediyi kimi, dövlət müstəqilliyini qazanmaqla iş
bitmir, əsas məsələ onu qoruyub möhkəmləndirməkdən,
dönməz prosesə çevirməkdən ibarətdir. Bu
tarixi vəzifənin uğurla gerçəkləşdirilməsi
təkcə Azərbaycan Respublikasının vətəndaşlarının
deyil, bütövlükdə, dünya azərbaycanlılarının
müqəddəs işidir. Ona görə də ümummilli
liderimiz dünyanın harasında olurdusa, orada yaşayan
soydaşlarımızı bir yerə toplayır,
qardaş-bacılarımızı Vətənlə sıx əlaqə
saxlamağa, onları Azərbaycan həqiqətlərinin
keşiyində dayanmağa çağırırdı.
Ulu öndər Heydər
Əliyev xaricdə fəaliyyət göstərən imkanlı
həmvətənlərimizi, iş adamlarını Azərbaycana
dəvət edir, problemlərimizin həllində onların fəal
iştirakına əlverişli şərait yaradırdı.
Bu baxımdan böyük rəhbərin təşəbbüsü
ilə 2001-ci il noyabrın 9-da müstəqil dövlətimizin
paytaxtında keçirilən Dünya Azərbaycanlılarının
I Qurultayı tarixi hadisə oldu. Böyük rəhbər Vətənin
qapılarını xaricdə yaşayan
soydaşlarımızın üzünə taybatay
açdı.
Bu
böyük missiyanı uğurla davam etdirən ulu öndərin
ən sadiq davamçısı Prezident İlham Əliyevin
himayəsi ilə keçirilən sonrakı qurultayların səfərbəredici
qərarları ilə dünya azərbaycanlıları öz
dövlətinin qayğılarına daha fəal çiyin
verdilər, ölkəmizin inkişafı ilə bağlı
layihələrdə daha yaxından iştirak etməyə
başladılar. Mən də bu prosesə ilk qoşulanlardan
biri kimi Vətənlə bağlı bir sıra arzu-istəklərimi
gerçəkləşdirə bildiyimə görə
özümü xoşbəxt, həm də getdikcə
xalqıma daha çox borclu hesab edirəm.
Ulu
öndərin ötən əsrin 70-80-ci illərində azərbaycanlı
gənclərin SSRİ-nin ən nüfuzlu ali məktəblərində
təhsil almasına yaratdığı üstün imkanlardan
yararlanıb, Rusiyada tikinti mühəndisi ixtisasına yiyələnmişəm.
Xalqımızı böyük dünya siyasətində
müstəsna bir zəka və enerji ilə təmsil etmiş
Heydər Əliyev Moskvada sovet dövlətinin ali rəhbərlərindən
biri olduğu illərdə onun adının çevrəsində
gənc yaşlarımda nüfuzlu ittifaq nazirliklərindən
birinin idarə rəisi mövqeyinə yüksəlməyimi həmişə
böyük qədirbilənliklə, xoş duyğularla
xatırlayıram.
O
da yadımdadır ki, biz respublikadan kənarda
yaşayanlar düşmən qüvvələr dahi rəhbərimizi
hiylə və xəyanətlərlə böyük siyasətdən
uzaqlaşdırandan sonra nə boyda bir arxa- himayə
itirdiyimizi dərhal hiss etməyə başladıq.
Dağlıq Qarabağ münaqişəsi başlandıqda
SSRİ adlı saxta “qardaşlıq ailəsi”nin rəhbərliyində
xalqımıza ögey münasibət dərinləşəndə
sevimli rəhbərimiz Heydər Əliyevin yeri, rolu daha
aydın görünməyə başladı. Hadisələr
böyüyüb 20 Yanvarda xalqımıza silahlı qəsdlə
nəticələnəndə qəlbimizdə və
yaddaşımızda ümummilli lider səviyyəsinə
yüksəlmiş Heydər Əliyevin yumruqlarını
düyünləyərək etirazını Moskvadan
bütün dünyaya çatdırması, əslində,
müstəqillik hərəkatı zənginin
çalınması oldu.
O
gündən vətəndən xaricdə yaşayanlar da
xalqımızla birlikdə anladılar ki, nicatımız
dövlət müstəqilliyimizə nail
olmağımızdadır. Buna görə də sovet rəhbərliyinin
o qanlı cinayətindən sonra hədsiz maneələrə
baxmayaraq, mümkün olan bütün üsullarla ərazilərimizin
qorunmasına, suverenliyimizin qazanılmasına öz köməyimizi
göstərməyə başladıq. Şükürlər
olsun ki, mübarizə çox keçmədi ki,
xalqımızı tarixi arzusuna qovuşdurdu, müstəqil Azərbaycanın
adı dünya dövlətləri sırasına
yazıldı.
Müstəqilliyin
ilk addımında naşı, xəyanətkar siyasi qüvvələr
tarixi nailiyyətimizi təhlükə altında qoyanda
xalq müstəqilliyimizi qoruyub saxlamaq missiyasını
öz ümummilli liderinin çiyninə qoydu. Ulu öndərin
gerçəkləşdirdiyi zəruri tədbirlər ölkəmizi
sabitlik, inkişaf yoluna çıxartdı,
xalqımızı dinc həyata, böyük quruculuğa
qovuşdurdu. Bax belə bir vaxtda millət atasının xaricdə
yaşayan imkanlı soydaşlarımızı Vətənin
dərdlərinə əlac edilməsi işinə dəvət
etməsi məni də ürəkdən sevindirdi, əvvəl
gördüyüm işlərin çevrəsini genişləndirməyimə
geniş meydan açdı.
Bölgədə
doğulmuş bir azərbaycanlı kimi, şəhər və
kəndlərimizdə də paytaxtın üstün
abadlığının, rahatlığının
olmasını həmişə ürəkdən arzu eləmişəm.
Həm də düşünmüşəm ki, bu ağır
işi rayonlarımızın potensialını hərəkətə
gətirməklə etmək mümkündür. Tale bu istəyimin
də gerçəkləşməsini görməyi mənə
nəsib etdi. Ulu öndərin liderlik missiyasını qəbul
edən Prezident İlham Əliyevin “Mən hər bir azərbaycanlının
prezidenti olacağam” və “Bölgələri də paytaxt
kimi inkişaf etdirməyə çalışacağam” məramı,
bununla da regional inkişaf proqramlarına rəvac verməsi məni
də çoxdankı arzularımın gerçəkləşdirilməsinə
həvəsləndirdi.
Doğulduğum
Masallı rayonunda və paytaxtın qəsəbələrində
başlanan geniş abadlıq-quruculuq işlərinə əsl
vətəndaşlıq duyğuları ilə qoşuldum. Kənd
yollarının çəkilişində, ictimai yerlərin
abadlaşdırılmasında, məktəb və
bağçaların təmirində, yenilərinin tikilməsində
fəal iştirak etdim. Heydər Əliyev Fondunun həyata
geçirdiyi humanitar quruculuq prosesi fəaliyyətimi daha
da genişləndirməyə əlverişli şərait
yaratdı. Xalqımızın öyüncü olan, müstəqilliyimizin
qazanılmasında öncüllük etmiş
ziyalılarımıza qayğı məsələsi də mənə
böyük qəlb rahatlığı gətirdi.
Bəxtiyar
Vahabzadə, Qabil, Anar, Fikrət Qoca, Nəriman Həsənzadə,
Əlibala Hacızadə kimi istiqlal yazarlarımızla, Budaq
Budaqov, Bəkir Nəbiyev, Akif Əlizadə kimi dünyada
tanınan alimlərimizlə, Şəfiqə Axundova, Ramiz Mirişli,
Səyavuş Kərimli, Eldar Mansurov kimi musiqiçilərimizlə
sıx təmasda olmaq, ağrı-acılarımızı
azaltmaq, çatışmazlıqları aradan qaldırmaq
yollarını birgə axtarmaq, bu nurlu insanların arzu-istəklərinə
qulaq asmaq bir sıra gərəkli layihələrə
çağırış oldu. Əməlpərvər
memarımız Rasim Əliyevlə dostluq əlaqəmiz həmişə
məni xeyriyyəçiliyi davam etdirməyə, yurduma yeni
töhfələr verməyə ruhlandırb.
Sağlığında
klassikləşmiş şair və
yazıçılarımızın silsilə kitabları nəşr
olundu. Dövlət başçısının ölkədə
idmanın inkişafına, istedadlı uşaq və gəncləri
himayə etməsinə uyğun olaraq, müsabiqələr, həvəsləndirici
aksiyalar keçirdik.
Bu
günlərdə Bakıda olarkən Prezident İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin illik
iclasını, regional inkişafla bağlı illik konfransı
diqqətlə izlədim. Cəbrayılın işğaldan
azad olunmuş yeganə kəndi Cocuq Mərcanlının
bərpası bərədə dövlət
başçısının sərəncamının
doğurduğu Qarabağa Böyük qayıdış
sevincini xalqımızla birgə yaşadım. Xüsusən,
regional inkişaf proqramlarının həyata keçirilməsində
qazanılmış möhtəşəm uğurlar məni
ürəkdən sevindirdi, bu sahədə yeni layihələrə
başlamağa həvəsləndirdi.
Cənab
İlham Əliyevin dünyada qlobal böhranın davam etdiyi
şəraitdə Azərbaycanda inkişafın təmin edilməsi
ilə bağlı səsləndirdiyi fakt və rəqəmlər
qəlbimi dağa döndərdi. İnkişaf edən ölkələr
sırasında Azərbaycanın liderlik mövqeyinə
yüksəlməsi, dövlətlərin rəqabətqabiliyyətlik
yarışında respublikamızın ötən il daha 3
pillə irəliləyərək 37-ci yerə
çıxması müstəqilliyimizin mötəbər təminatı
olan iqtisadi qüdrətimizin ildən-ilə artmasının
sevindirici göstəricisidir.
Məhz
bunun nəticəsidir ki, xalqımızın bir sıra tarixi
problemləri müstəqillik illərində həllini
tapmış, ümumi rifah yüksəlmiş, kasıblıq
kimi ağır bəla arxada qalmışdır. Enerji təhlükəsizliyi
təmin olunmuş, ərzaq təhlükəsizliyi,
işsizliyin ləğvi ilə bağlı əsaslı tədbirlər
görülmüşdür. Paytaxtımız dünyanın ən
gözəl şəhərlərindən birinə
çevrilmiş, şəhər və kəndlərimizin
köhnə mənzərəsi tamamilə dəyişmişdir.
Düşmənlərimizə gücümüzü göstərən
hərbi potensialımız da lazımi həddə
çatdırılmışdır. Ötən ilin aprelində
cəbhədə düşmən təxribatını
cavablandırarkən ordumuzun göstərdiyi rəşadət
həm də iqtisadi tərəqqimizin üzərində
mümkün olmuşdur.
Regional
inkişafda yeni səviyyəyə çıxmaq
üçün Prezident İlham Əliyev aqrar sahəni
yüksək səviyyəyə qaldırmaqla bağlı
qarşıya ciddi vəzifələr qoymuşdur.
Sahibkarlığı daha da inkişaf etdirmək, emal müəssisələri
yaratmaqla bağlı yeni üfüqlər açılır.
Xaricdə yaşayan iş adamlarımız bu prosesdə də
öz sözlərini deyə bilərlər. Dövlətimizin
özəl bölməni dirçəltmək
üçün son illərdə ayırdığı 2
milyard manatlıq kreditə əlavə olaraq,
soydaşlarımızın öz ölkəsinə
yatırımları artırmasına da bu gün daha
böyük etiyac var.
Sonda
demokratik şəraitdə ölkəmizdə azad mətbuatın
inkişafı ilə bağlı əldə olunmuş
uğurları da yada salmaq istəyirəm. Son illərdə
müstəqil mətbuatın mövqeyinin möhkəmlənməsi
söz azadlığının təmin olunmasında təsirli
rol oynayır. Bütün bunlar xaricdə yaşayan azərbaycanlıların
vətəndə baş verən hadisələri
doğru-düzgün izləməsinə də imkan verir.
Lakin bəzi səbatsız və səriştəsiz media
qurumlarının söz azadlığı pərdəsi
arxasında ölkmizin uğurlarını gözdən
salmağa çalışması, şər, böhtan
xarakterli yazılarla namuslu soydaşlarımızı hədəfə
alması xaricdə yaşayan azərbaycanlılarda da ciddi
narazılıq yaradır.
Belə
bədnam yazarların ölkəmizə qarşı beynəlxalq
qalmaqallara dəstək verən
çıxışlarını isə qəzəb və
nifrətlə qarşılamamaq olmur. Ölkə ictimaiyyəti,
eləcə də xaricdə yaşayan həmvətənlərimiz
bu çirkin informasiya oyununda ayıq-sayıq olmalı, həqiqətin
tərəfini saxlamaqla belələrinin sıradan
çıxmasına kömək etməlidirlər.
Sonda
ilk ayını yola saldığımız yeni ildə ölkəmizin
iqtisadi qüdrətini artıracaq, müstəqilliyimizin
dayaqlarını daha da möhkəmləndirəcək hədəflərinə
çatmaqda xalqımıza güc-qüvvət,
yaradıcılıq həvəsi və daha böyük
uğurlar arzulayıram. Bu yolda xaricdə yaşayan iş
adamlarımız da daim xalqımızla bir yerdə olacaq.
Xalq
qəzeti.-2017.-5
fevral.-№26.-S.5.
Комментариев нет:
Добавлять новые комментарии запрещено.